26 Oktyabr 2019 20:26
1571
Qəbullar
A- A+

Prezident İlham Əliyev Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğuladı.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video