23 Iyun 2012 02:06
444
Səfərlər
A- A+

Prezident İlham Əliyev Bakının Badamdar qəsəbəsində Heydər Əliyev parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.   

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. 

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlət başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanmışdır.

Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilmiş və burada müasir istirahət kompleksi yaradılmışdır. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulmuşdur. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək kolları əkilmiş, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılmışdır. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılmışdır.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılmış, küçələrə yeni asfalt örtük döşənmişdir.

Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video