08 May 2012 02:05
430
Səfərlər
A- A+

Prezident İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişlər. 

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunmuşdur. Tikinti zamanı 614 min kubmetr torpaq işləri görülmüş yolun əhəmiyyətini artıran digər mühüm amil onun "Azneft" meydanından Dövlət Bayrağı Meydanına, oradan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edək ki, Bakı-Ələt yolunun yenidən qurulması və tikintisinə dair Nazirlər Kabineti 2008-ci il 6 fevral, 2009-cu il 2 fevral, 2010-cu il 28 yanvar, Bakı-Ələt yolunun 2-4-cü kilometrliyinin yenidən qurulması üçün isə 2011-ci il 25 yanvar tarixli sərəncamlar qəbul etmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video