05 Mart 2019 15:53
1720
Qəbullar
A- A+

Prezident İlham Əliyev ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədrini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğuladı. İtaliya Prezidentinin keçən il Azərbaycana, özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirdi və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu dedi.

Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu dedi. Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğuladı. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini dedi və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video