14 Oktyabr 2011 06:10
398
DÜNYA
A- A+

Polşada norveçli terrorçunun 19 köməkçisi həbs edildi

 

Polşada bomba hazırlamaqda şübhəli bilinən 19 nəfər həbs edilmişdir. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir. Həbslər norveçli Anders Breyvik Osloda törətdiyi terror aktından sonra aparılan kampaniya çərçivəsində həyata keçirilmişdir. Xüsusi əməliyyat zamanı 100-dən çox evdə axtarış aparılmışdır. Nəticədə xeyli miqdarda partlayıcı və kimyəvi maddə aşkar edilmişdir. İstintaqın mülahizəsinə əsasən, həbs olunanlardan birinin Norveçdəki hadisələrdə əli ola bilər.

Xatırladaq ki, iyulun 22-də sağ radikal fanatik A.Breyvik Norveçdə iki terror aktı təşkil etmişdi. Oslonun mərkəzində minalanmış avtomobilin partladılması və Utoyya adasındakı düşərgədə yeniyetmələrin güllələnməsi nəticəsində 77 nəfər həlak olmuş, 96 nəfər yaralanmışdı. Breyvikin dediyinə görə, o, bu hərəkətləri ilə "Avropanı islamdan xilas etmək" məqsədi güdürmüş.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video