19:27 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / QANUNLAR
01:06 16.07.2020


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; 2016, № 2 (I kitab), maddələr 197, 216, № 3, maddə 400, № 5, maddə 838; 2017, № 10, maddə 1770; 2018, № 1, maddə 15, № 7 (I kitab), maddə 1426) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 23-cü maddənin I hissəsinin 7-ci bəndində "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.2. 27-ci maddənin birinci hissəsinin 2-ci bəndinə "əlilliyi,” sözündən sonra "o cümlədən” sözləri əlavə edilsin və həmin bənddə "qüsurları” sözü "pozuntuları” sözü ilə əvəz edilsin.

Maddə 2. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2 (I kitab), maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720; № 12 (I kitab), maddə 2229; 2018, № 1, maddə 20, № 11, maddə 2223; 2019, № 1, maddə 11, № 6, maddə 989, № 7, maddə 1183) 2-ci maddəsinin üçüncü hissəsində "əlillərin, sağlamlıq imkanları məhdud uşaqların” sözləri "əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin.

Maddə 3. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 484; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328; 2005, № 12, maddə 1093; 2008, №7, maddə 602; 2016, № 4, maddə 649; 2017, № 7, maddə 1283; 2018, № 3, maddə 372) 4-cü maddəsinin birinci hissəsinin beşinci abzasında "əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri "əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə və altıncı abzasında "əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 4. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 19.0.14-cü maddəyə "əlilliyi,” sözündən sonra "o cümlədən” sözləri əlavə edilsin;

4.2. 23.3-cü maddədə "və ya” sözləri ", o cümlədən” sözləri ilə əvəz edilsin.

Maddə 5. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5-ci maddə üzrə:

5.1.1. 5.0.1-ci maddədə "tibbi-sosial ekspert komissiyasında” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

5.1.2. 5.0.3-cü maddədə "təhsilin müvafiq tədris proqramları üzrə” sözləri "təhsil proqramları və fərdi tədris planı əsasında” sözləri ilə əvəz edilsin;

5.2. 6.1.3-cü maddədə "fərdi tədris proqramları” sözləri "xüsusi təhsil proqramları və fərdi tədris planı” sözləri ilə əvəz edilsin;

5.3. 10-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsili "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq təşkil edilir.”;

5.4. 11.1-ci və 16-cı maddələrdə "tibbi-sosial ekspert komissiyasının” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

5.5. 13.3-cü maddədə "Tədris” sözü "Təhsil” sözü ilə əvəz edilsin;

5.6. 15-ci maddə üzrə:

5.6.1. 15.2-ci maddədə "fərdi təhsil proqramları üzrə” sözləri "xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında” sözləri ilə əvəz edilsin;

5.6.2. 15.3-cü maddədə "fərdi və qrup təlim proqramlarına” sözləri "xüsusi təhsil proqramlarına və fərdi tədris planına” sözləri ilə əvəz edilsin;

5.7. 21-ci maddə üzrə:

5.7.1. adından "və tibbi-sosial ekspert komissiyası” sözləri çıxarılsın;

5.7.2. 21.3.4-cü maddədə "təlim” sözü "tədris” sözü ilə əvəz edilsin;

5.7.3. 21.7-ci maddədə "tibbi-sosial ekspert komissiyası” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

5.7.4. 21.8-ci maddədə "və tibbi-sosial ekspert komissiyası barədə Əsasnamələr” sözləri "barədə Əsasnamə” sözləri ilə əvəz edilsin;

5.8. 22.1-ci və 22.2-ci maddələrdə "tibbi-sosial ekspert komissiyası” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

5.9. 23.2-ci maddədə "sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının korreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun profilaktikasına yönəldilmiş birgə” sözləri "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Maddə 6. "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569; 2011, № 11, maddə 990; 2012, № 5, maddə 407; 2016, № 4, maddə 659) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 9.1-ci maddənin ikinci cümləsində "tibbi-sosial ekspert komissiyası” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

6.2. 15.0.3-cü maddədə ikinci halda "və ya” sözləri ", o cümlədən” sözləri ilə əvəz edilsin;

6.3. 23.1.4-cü maddədə "uşaqlar üçün xüsusi proqram üzrə” sözləri "18 yaşınadək uşaqlar üçün xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında” sözləri ilə əvəz edilsin.

Maddə 7. "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 575; 2008, № 7, maddə 602; 2017, № 1, maddə 17) 2-ci maddəsində "II qrup əlillərə,” sözləri "II dərəcə əlilliyi olan şəxslərə, o cümlədən” sözləri ilə, "şəxslərə” sözü "uşaqlara” sözü ilə əvəz edilsin.

Maddə 8. "Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12 (I kitab), maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372; 2015, № 11, maddə 1272; 2018, № 5, maddə 885; № 11, maddə 1684) 16.5-ci, 18.0.9-cu və 22.1-ci maddələrində "və ya” sözləri ", o cümlədən” sözləri ilə əvəz edilsin.

Maddə 9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, №11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 7 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12, maddə 2473) 20.13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində "əlil olması” sözləri "əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 10. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694) 11.1.3-cü maddəsində "birinci qrup işləməyən əlillər,” sözləri "birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən” sözləri ilə və "şəxslər” sözü "uşaqlar” sözü ilə əvəz edilsin.

Maddə 11. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə 1056, № 8, maddə 1511; 2018, № 2, maddə 151, № 5, maddələr 853, 867, № 7 (I kitab), maddə 1424, № 8, maddə 1674, № 12 (I kitab), maddə 2528; 2019, № 1, maddə 21, № 2, maddə 203, № 6, maddə 999) 68.1.3-cü maddəsində "birinci qrup əlillərə və” sözləri "birinci dərəcə əlilliyi olan şəxslərə, o cümlədən” sözləri ilə əvəz edilsin və "uşaqlara” sözündən əvvəl "18 yaşınadək” sözləri əlavə edilsin.

Maddə 12. "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582, № 8, maddə 1382, № 11, maddə 1684) 1.0.6-cı maddəsində "əlil və” sözləri "əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin.

Maddə 13. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 54; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 648) 5.1-ci maddəsində "və ya” sözləri ", o cümlədən” sözləri ilə əvəz edilsin.

Maddə 14. "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506; 2006, № 3, maddə 223; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2014, № 4, maddə 336; 2015, № 4, maddə 351; 2019, № 1, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 8-ci maddə üzrə:

14.1.1. 8.1.2-ci, 8.1.3-cü və 8.1.4-cü maddələrdə "qrup” sözü "dərəcə” sözü ilə əvəz edilsin;

14.1.2. 8.1.5-ci maddədə "qrupu təyin olunmadan” sözləri "dərəcəsi müəyyən edilmədən” sözləri ilə əvəz edilsin;

14.2. 11.1.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11.1.2.1. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM