10:15 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:58 23.09.2021

 

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Polis Akademiyasında keçirilən mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis olunmasının 100 illik yubileyi münasibətilə bu tədris ocağının şəxsi heyətini, məzunlarını, veteranlarını təbrik edib.

Akademiyanın keçdiyi şərəfli yola nəzər salan Vilayət Eyvazov bildirib ki, 1921-ci ildə milis nəfəri və komandir kadrları hazırlayan məktəb statusunda yaradılmış bu tədris müəssisəsi Akademiya səviyyəsinə qədər yüksəlib, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində bu təhsil müəssisəsinin maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris korpusları və texnoloji avadanlıq, yeməkxana və yataqxanalar, idman kompleksi, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyi vurğulanıb.

Çıxışda Akademiyanın beynəlxalq əlaqələrini ildən-ilə genişləndirərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyi, tədris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyi, kursantlara vətənpərvərlik hissi, zabit qüruru, saf mənəviyyat aşılandığı, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığı bildirilib.

Azərbaycan polisinin peşəkar, milli ruhda tərbiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslinin ərsəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzunlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzunlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Çıxışında professor-müəllim heyətinin qarşısında duran vəzifələrə xüsusi yer verən daxili işlər naziri bildirib ki, onlardan başlıcası Azərbaycanın ali təhsil müəssisələrinin sırasında layiqli yeri olan Akademiyanı, buradakı tədris və təlim prosesini qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirmək, polisdə xidmətin bütün şərtlərinə cavab verən ixtisaslı kadr hazırlığı fəaliyyətini hərtərəfli dəstəkləmək, kursant və dinləyicilərdə analitik düşüncə tərzi, müasir texnologiyalarla işləmək, ekstremal şəraitdə düzgün qərar çıxarmaq və tədbirlər görmək vərdişi formalaşdırmaq, möhkəm intizamın təməli sayılan hərbi, fiziki və sıra hazırlığını yüksəltmək, hər bir fənnin tədrisi prosesində qanunla müəyyən edilmiş funksiyaların icrasını vətəndaş məmnunluğu prinsipi üzərində qurmağı öyrətmək, zəruri biliklərə və iş metodlarına yiyələndirmək, yeni təsis olunmuş magistratura və doktorantura pillələrində Akademiya, bütövlükdə daxili işlər orqanları üçün elmi potensiallı mütəxəssislər yetişdirməkdir.

Mərasimdə, həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək planlaşdırılan və görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələrin icrası barədə məruzə edib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu təhsil ocağına əvvəlki illərdə rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək, onlara Akademiyanın 100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib.

Təntənəli mərasim Akademiyaya yeni qəbul olunmuş kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM