30 Avqust 2021 21:27
502
Mədəniyyət
A- A+

Polad Bülbüloğlu: Vaqif Poeziya Günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır

 

Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışında iştirak etdilər. Onların Bülbülün ev-muzeyinə gəlişi məni olduqca şad etdi. Prezidentə minnətdaram ki, bizə bu günləri yaşadır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə də cansağlığı versin.

AZƏRTAC xəbər verir ki, bunu Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib. O deyib: “Mən 7 aydır ki, Şuşaya gedib-gəlirəm, burada görülən bütün işlər göz qabağındadır. Hər dəfə bunlara diqqət yetirəndə, düşünürəm ki, bu, bir möcüzədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə çalıb və bu Qələbə başımızı ucaldıb. İstər “Xarıbülbül” musiqi festivalı, istərsə də Vaqif Poeziya Günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video