05:49 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Planlar sürətlə reallığa çevrilir

ANA SƏHİFƏ / SİYASƏT
01:03 03.09.2021

 

Qarabağın dirçəlişi fonunda keçmiş məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlar

 

Qarabağ 30 illik zülm-zillətdən sonra həsrətində olduğu ən xoşbəxt günlərini yaşayır, indi burada həyat qaynayır, təbiət canlanır...

Əzəli yurdumuz tarixi ədalətin bərpa olunmasının, haqqın öz yerini tapmasının təntənəsini yaşayır...

Bayram əhvali-ruhiyyəsi ilə əsl sahiblərinin qayıdışının, doğma övladları ilə görüşməyin sevincini bölüşür, azadlığının qürurverici fəxarətini bütün dünyaya hayqırır...

Bəli, bu illər ərzində ermənilər nə qədər çalışsalar da Azərbaycan xalqının iradəsini qıra, sındıra bilmədilər. Vətənpərvər xalqımız Qarabağı heç zaman qəlbindən silmədi, hər zaman bu torpaqlara qayıdacağının əminliyi ilə yaşadı.

 

Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir

 

İllər idi ki, başının üzərindən qara dumanlar əskik olmayan doğma yurdumuz işğalçıların talanına məruz qalaraq viranəyə çevrilmiş, gözləri insanlıq cinayətlərinə şahidlik edərək tutulmuş, qulaqları ah-nalə, silah, atəş səsləri eşitməkdən karlaşmışdı.

Mənfur ermənilər bu illər ərzində Qarabağı istismar edib, təbii sərvətlərimizi talayıb, bütün şəhər və kəndlərimizi viran qoyub, evlərimizi söküb, təbitəimizə qənim kəsiliblər.

Xüsusilə qeyd etməliyik ki, vəhşi ermənilər bu iyrənc əməllərə həm 1990-cı illərin əvvəllərində zorla torpaqlarımıza yiyələnmək istəyəndə, həm də 2020-ci ildə Azərbaycanın Rəşadətli Ordusu onları vətənimizdən qovanda əl atıblar.

Avqustun 16-da Kəlbəcər və Laçına səfər edən Prezident İlham Əliyevin də vurğuladığı kimi, vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir.

Erməni barbarları milli-mənəvi dəyərlərimizə, dinimizə qarşı da dözümsüzlük, düşmənçilik nümayiş etdirərək qanunsuz şəkildə illərlə işğal altında saxladıqları torpaqlarımızda xalqımıza məxsus bütün dini ocaqları, məscidləri, məzarlıqları, tarixi, mədəni abidələri dağıdıblar.

Statistikaya əsasən, işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgah olub. Həmin 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i mənfur ermənilər tərəfindən tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Erməni vandalları Azərbaycana məxsus mədəni və dini mülkiyyəti talan və təhqir edib, dəyişdirib və ya qanunsuz olaraq Ermənistana daşıyıblar. İşğaldan azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

Kəlbəcərə və Laçına səfər edən Prezident İlham Əliyev çıxışı zamanı ermənilərin bu barbar əməlləri ilə bağlı söylədi ki, erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər: “Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib”.

 

Azərbaycan heç zaman işğal siyasəti ilə barışmadı

 

Ermənilər insanlığa yaraşmayan, öz adlarına tarix boyu ləkə olacaq bütün bu vəhşi əməlləri törətməklə zorla zəbt etdiyi torpaqları əbədi işğal altında saxlamaq istəyində idilər. Buna görə də bütün vəchlə danışıqları uzatmağa və öz çirkin niyyətlərinə nail olmağa çalışırdılar.

Dövlət başçısı da qeyd etdi ki, indi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, Azərbaycana bir qarış olsun belə torpaq qaytarmamaq, məsələni uzatmaq idi: “Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər”.

Amma mənfur düşmən unudurdu ki, Azərbaycan heç zaman işğalla barışmayacaq və sülh yolu ilə olmasa, müharibə yolu ilə mütləq öz dədə-baba torpaqlarını azad edəcək.

2020-ci ilin 27 sentyabrında həmin müqəddəs gün yetişdi və bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğuna güvənib düşmənin başında şimşək kimi çaxdı. Kükrəyən aslanlara dönüb qəzəb qılınclarını düşmənin bağrına sancan qəhrəman oğullarımız mənfurlara gen dünyanı dar etdilər.

Daha heç bir qüvvə bu faşist xislətliləri qurtarmağa, onlara havadarlıq etməyə qadir deyildi və buna hünərləri də çatmazdı. İgid oğullarımız qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında erməniləri döyüş meydanında məhv etdi. Dövlət başçısı

İlham Əliyev informasiya savaşında da erməni faşistlərinə havadarlıq edərək yalandan hay-küy salan riyakarları layiqincə susdurdu...

Və Qarabağı əsl sahiblərinə - azərbaycanlılara qaytardı.

 

Hava limanlarının istismara verilməsi bölgənin hərtərəfli canlanmasında çox əhəmiyyətli olacaq

 

Vətən müharibəmizin qürurlu qələbə ilə bitməsindən çox qısa müddət sonra Qarabağda sürətli yenidənqurma, tikinti və bərpa işlərinə start verilib. Yeni yollar çəkilir, infrastruktur bərpa edilir.

Zəngilanda, Laçında, Füzulidə beynəlxalq hava limanları inşa edilir. Bu hava limanlarının istismara verilməsi bölgənin hərtərəfli canlanmasında müstəsna əhəmiyyət kəsb edəcək.

Dövlətimizin gündəliyində olan əsas məsələlərdən biri isə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tədricən qaytarılmasıdır ki, artıq bu istiqamətdə də əhəmiyyətli addımlar atılır.

Cəmi bir neçə aydan sonra Zəngilan rayonunda keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər salınır və vətəndaşların ora qaytarılması üçün sürətli işlər gedir.

 

Uğurlu təməlləri atılan baş planlar

 

Bu il Respublika Günümüzdə, 28 mayda Ağdam şəhərinin baş planı təsdiqləndi. Həmin gün Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev söylədi ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

Avqustun 29-da isə Şuşaya səfər edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olundu.

Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. Baş planla tanışlıqdan sonra Prezident birinci məhəllənin təməlini qoydu.

Avqustun 30-da, Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin açılışında çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar: “Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

Göründüyü kimi, Azərbaycan artıq işğaldan azad etdiyi əzəli yurdlarında hədəflədiyi bütün işləri bir-bir reallaşdırır və gələcək hədəflərə doğru uğurla irəliləyir.

Bütün bunlar isə tezliklə Qarabağda yenidən xoşbəxt həyatın yaşanacağının sorağını verir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM