09 Aprel 2019 16:08
1062
CƏMİYYƏT
A- A+

Piylənmə problemi qlobal miqyas alır


Piylənmə qlobal problemə çevrilməkdədir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Joze Qratsianu da Silva təşkilatın İdarəçilər Şurası qarşısında çıxış edərkən bildirib.
"Biz daha yalnız aclıqla mübarizə aparmırıq. Dayanıqlı inkişaf üzrə ikinci əhəmiyyətli məqsəd düzgün qidalanmamağın bütün növlərinin aradan qaldırılmasından ibarətdir. Artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar dünyanın hər yerində getdikcə artır”, - deyə Qratsianu da Silva bildirib.
"Əgər aclıq müəyyən yerlərdə yayılıbsa, piylənmə əksinə, hər yerdə mövcuddur”, - deyə o əlavə edib.
FAO-nun məlumatına görə, 1975-ci ildən başlayaraq, bütün dünyada piylənmə göstəriciləri təxminən 3 dəfə artıb ki, bu da ürək-damar, xərçəng və diabet xəstəlikləri hallarının çoxalmasına gətirib çıxarıb.
FAO-nun saytında dünyanın bütün ölkələri üzrə sağlam qida ilə bağlı məsləhətlər toplusunu tapmaq mümkündür. Planetin diyetoloqlarının başlıca məsləhəti - bacardıqca daha çox meyvə və tərəvəz yeyilməsidir. Mütəxəssislər, həmçinin çoxlu su qəbul etməyi, alkoqol və duzdan sui-istifadə etməməyi, həmçinin yağ qəbulunu, tərkibində şəkərin çox olduğu ərzaq və içkiləri azaltmağı tövsiyə edirlər.
Joze Qratsianu da Silva İdarəçilər Şurasının üzvlərinə bu il keçiriləcək bir sıra tədbirləri, o cümlədən balanslaşdırılmış qida ilə bağlı seminarları xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video