Peter Siyarto: Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlığa hazırıq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto hesabat məruzəsi ilə çıxış etdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Peter Siyartoya sualla müraciət edib. Azərbaycanlı deputat ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın son illərdə beynəlxalq aləmdə həmin istiqamətdə əhəmiyyətli addımları ilə müşayiət edilən mövzuya diqqət çəkərək deyib: “Avropa Şurası Nazirlər Komitəsinin Macarıstan sədrliyi dövründəki prioritetlərindən biri "Dözümsüzlüklə mübarizədə mədəniyyətlərarası dialoqun vacib rolunu vurğulayan dinlərarası dialoq" adlanır. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olaraq dünya xalqları, eləcə də Avropa cəmiyyətləri arasında mədəniyyətlərarası dialoqun dəstəklənməsinin və inkişaf etdirilməsinin vacibliyinə inanır. Avropa qitəsində getdikcə artan dözümsüzlük və bölücü populist hərəkatlar fonunda, Nazirlər Komitəsinə rəhbərliyi dönəmində Macarıstanın bu mövzunu Avropa Şurasında yenidən gündəmə gətirməsini yüksək qiymətləndirirəm. Maraqlıdır ki, Macarıstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Avropa ictimaiyyəti arasında bu niyyətin daha effektiv gerçəkləşdirilməsindən ötrü hansı tədbirləri görmək niyyətdindədir?”.
Sualı cavablandıran Peter Siyarto deyib: “Bu sahədə də Azərbaycanı ən yaxın həmfikirimiz və silahdaşımız hesab edirik. Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa ardıcıl töhfələrini yüksək qiymətləndiririk. Bu yaxınlarda Azərbaycanın mədəniyyət naziri ilə görüşdüm. Mədəniyyət paytaxtı elan edilmiş Şuşanın quruculuğu, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda olduğu kimi, Macarıstanda da katolik kilsəsi sinaqoqla yanaşıdır. Ən müxtəlif dinlərin və fərqli mədəniyyətlərin nümayəndələrinin rahat birgəyaşayışının təmin edilməsi əvəzsiz sərvətdir”.
Nazirlər Komitəsi sədri bu yanaşma tərzinin bir düşüncə və fəaliyyət istiqaməti kimi Avropada daha artıq bərqərar olması üçün ölkəsinin sədrliyi müddətində bütün səylərin səfərbər ediləcəyini söyləyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!