10:04 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pentaqon uçan naməlum obyektlərlə bağlı yoxlamalara başlayacaq
 
ANA SƏHİFƏ / DÜNYA
14:30 05.05.2021

ABŞ Müdafiə Nazirliyinin nəzarət orqanı qurumda uçan naməlum obyektlər (UNO) barədə məlumatların emal olunma qaydasını yoxlayacaq.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Baş müfəttişin kosmos, kəşfiyyat və mühəndislik sahəsində nəzarət və qiymətləndirmə üzrə köməkçisi Rendolf Stoun məlumat verib. Yoxlamalar çox güman ki, bu ilin may ayında Müdafiə Nazirliyinin bir sıra strukturlarında keçiriləcək.

“Qiymətləndirmənin məqsədi uçan naməlum obyektlər barədə Müdafiə Nazirliyində görülən tədbirlərin səviyyəsini müəyyən etməkdir”, - deyə Stoun bildirib.

Bir qədər əvvəl CNN telekanalı ABŞ Milli Kəşfiyyat İdarəsinin və digər qurumların uçan naməlum obyektlər barədə “məxfi olmayan” hesabatları iyun ayında Konqresə təqdim edəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ildə Pentaqonun nəzdində uçan naməlum obyektlərin tədqiqatı üzrə işçi qrupu təsis olunub. İşçi qrupunun məqsədləri sırasına ölkənin milli təhlükəsizliyi üçün təhdid törədə biləcək uçan naməlum obyektlərin aşkarlanması, təhlili və siyahıya alınması daxildir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM