02 Avqust 2012 12:08
577
Elm və texnika
A- A+

Pendir şəkər xəstəliyinin dərmanıdır

 

Gündə cəmi iki tikə pendir yeməklə II tip şəkərli diabet riskini 12 faiz aşağı salmaq olar. Həmin tip diabet izafi çəki ilə bağlıdır.

AzərTAc "Daily Mail"ə istinadən bildirir ki, alimlərin fikrincə, bunun səbəbi pendirin fermentasiyasındadır. Britaniya və Hollandiya alimləri problemi araşdırmaq fikrinə gəlmiş və 16 min 800 sağlam və 12 min 400 şəkərli diabet xəstəsini müayinə etmişlər. Məlum olmuşdur ki, gündə 55 qram pendir yeyən adamlarda diabet riski 12 faiz aşağıdır. Pendirin tərkibindəki probiotik maddələr insan orqanizmində xolesterinin miqdarını aşağı salır. Üstəlik, pendirdə insan orqanizmi üçün çox xeyirli D vitamini, kalsium və maqnezium vardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video