15 Yanvar 2012 12:01
369
İQTİSADİYYAT
A- A+

Paytaxtda nəqliyyatın hərəkəti elektron nəzarət altındadır

 

Bakıda nəqliyyatın hərəkətinə elektron nəzarət olunur. Nəqliyyatı intellektual idarəetmə sistemi çərçivəsində bu günədək paytaxtda 1334 stasionar avadanlıq və 48 informasiya tablosu quraşdırılmışdır.

 AzərTAc xəbər verir ki, sürücülər bu tablolar vasitəsilə gedəcəyi və yaxın ətrafdakı yollarda hərəkətin vəziyyəti ilə bağlı məlumat ala bilərlər. Belə ki, yaşıl xətlər yolların boş olduğunu, narıncı rəng hərəkətin nisbətən çox, qırmızı xətt isə hərəkətin passiv olduğunu göstərir. Bundan əlavə, avtobuslarda quraşdırılan "Azəri" adı altında patentləşdirilən xüsusi avadanlıq sürücünün gedəcəyi yol barədə lazımi informasiya almasına kömək edir. Avtomobil dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə isə piyadalar gedəcəkləri yerlə bağlı zəruri məlumatları və gözlədikləri avtobusun hərəkəti barədə bildiriş ala bilərlər.

 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılması təhlükəsiz şəhər layihəsinin bir hissəsidir. Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video