13 Sentyabr 2021 13:07
930
Təhsil
A- A+

Paytaxt məktəblərində Anım və Zəfər günlərinə həsr olunan tədbirlər təşkil ediləcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Gününün qeyd edilməsi ilə bağlı əmr imzalanıb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr- Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı tədbirlər planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həs olunmuş konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, açıq dərslər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulur.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlərin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi də planlaşdırılır. Həmçinin təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçiriləcək.

Bundan başqa, tədbirlər planına şagirdlərin Vətən müharibəsi memorial kompleksinə və Zəfər muzeyinə ekskursiyalarının təşkili, o cümlədən “Zəfər tarixi” adlı elmi-praktik konfransın keçirilməsi daxildir.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə şagirdlərə məlumat veriləcək, videomateriallar nümayiş olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video