Payızlıq taxıl əkini yekunlaşır
Məlumdur ki, kənd təsərrüfatında mövsümi işlər bir-biri ilə əlaqədardır. Pambıq tarlalarında məhsul yığılıb başa çatdıqdan sonra sahələr dərhal şumlanır və yenidən növbəti əkinə hazırlanır. Həmin yerlərdə payızda adətən ya taxıl, ya da yonca əkilir. Qalanı isə yazda əkiləcək bitkilər üçün arat edilib saxlanılır. Beləliklə, növbəli əkin sistemini tətbiq etməklə torpaq saflaşır, daha məhsuldar olur, bitkilər xəstəliklərə tutulmur.
Hava şəraiti ilə əlaqədar bu il pambığın yetişməsi müəyyən müddət uzandı. O səbəbdən indinin özündə tarlalarda xeyli məhsul var və məhsul yığımı davam edir. Qeyd edək ki, keçən il olduğu kimi, Salyan rayonu pambıq yığımında ölkə üzrə yenə öndədir. Çiyid səpilmiş 6 min 195 hektardan noyabrın sonuna olan məlumata görə, 21 min tondan çox pambıq toplanmışdır. Hər hektarın məhsuldarlığı isə hələlik 33,7 sentnerdir. Ümumi məhsulun 86 faizi maşınlarla yığılmışdır. Hazırda seçmə yolu ilə pambıq sahələri şumlanaraq yerində əkin aparılır. Gələn ilin məhsulu üçün 17 min 274 hektara taxıl səpilməsi nəzərdə tutulur. Hələlik 10 min 311 hektara taxıl əkilmişdir. Bunun 7 min 798 hektarı arpadır. Qalan 2 min 518 hektarın 2 min 311 hektarına buğda səpilmişdir. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1985 hektar çox sahədə əkin aparılmışdır.
Əkin kampaniyasında 60 toxumsəpən aqreqat, 120 traktor, o qədər də mala iştirak edir. Bir çox fermerlər daha yüksək məhsul əldə etmək üçün səpin zamanı toxumla birlikdə torpağa ammofos gübrəsi də verirlər. Mülkiyyətçilər daha yaxşı nəticələrə nail olmaq üçün yüksək reproduksiyalı toxumlar əldə etmişlər. Onlar suvarma suyu ilə əlaqədar yaranan müəyyən çətinlikləri aradan qaldırmaq, suyun hər kubmetrindən daha səmərəli istifadə etmək, itkiyə yol verməmək üçün səylə çalışırlar.
Ziyanvericilərlə mübarizə aparılması, ilkin yazda əkinlərə mineral gübrələrin verilməsi, alaq otlarına qarşı herbisidlərin səpilməsi və digər aqrotexniki tədbirlər indidən planlaşdırılır. Bütün bunlar isə deməyə əsas verir ki, salyanlı fermerlərin, torpaq mülkiyyətçilərinin gələn il də taxılı bol olacaq.
Seyran CAVADOV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!