22:38 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Parlamentlərarası İttifaqın Assambleya iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
22:22 27.05.2021

 

Mayın 26-27-də Parlamentlərarası İttifaqın 142-ci onlayn Assambleya iclası keçirilib. İclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Assambleyanın açılışında Milli Məclisin sədrinin müavini, Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri Adil Əliyevin videomüraciəti təqdim olunub. Videomüraciətdə vitse-spiker Azərbaycanda pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirib ki, pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir. ÜST-ün məlumatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən biridir. Qurumun baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işlər yüksək qiymətləndirilib.

COVID-19 ilə mübarizədə parlamentin fəaliyyətindən danışan Adil Əliyev qeyd edib ki, Milli Məclis pandemiya dövründə xəstəliyin nəticələrini yumşaltmaq üçün bir sıra qərarlar qəbul edib.

Cari il fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Adil Əliyev videomüraciətinin sonunda diqqətə çatdırıb ki, yalnız qarşılıqlı dəstək, özünümüdafiə və birgə səylərlə “COVID-19”a qalib gələ bilərik.

Assambleya iclasının ikinci günündə çıxış edən Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, beynəlxalq məsuliyyətini yerinə yetirən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü töhfələr verib və əksəriyyəti ən az inkişaf etmiş ölkələr olan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.

Qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib və Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsinin təşəbbüsçüsü olub.

Kamran Bayramov çıxışında inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölüşdürülməsindən Azərbaycan tərəfinin narahatlığını ifadə edib.

Assambleyanın iclasında çıxış edən 56 ölkənin deputatları təmsil etdikləri ölkələrdə COVID-19-la mübarizədə həyata keçirilən tədbirlər, bu sahədə parlamentlərin rolu barədə məlumat veriblər.

Onlayn iclasda Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvləri - Nigar Arpadarai, Pərvin Kərimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Səbinə Xasayeva, Elnur Allahverdiyev və Şahin İsmayılov da iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM