03 Avqust 2021 14:23
1114
PARLAMENT
A- A+

Parlamentin İntizam komissiyasının sədri: Deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə kifayət qədər əsas var

 

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirildi. Müzakirələr çox ciddi keçdi və komissiya üzvlərinin əksəriyyəti öz fikirlərini bildirdilər. Deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə kifayət qədər əsas var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.

Eldar İbrahimov qeyd edib ki, deputatın bu hərəkəti təəssüf doğurur və Milli Məclisin nüfuzuna xələl gətirən bir hadisədir. Bundan ibrət götürülməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video