23:35 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib 
ANA SƏHİFƏ / PARLAMENT
17:40 25.01.2021

 

Yanvarın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan komitə sədri Hicran Hüseynova həmkarlarına yaz sessiyasında uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına diqqət çəkib və 2020-ci ili xalqımız üçün həm gərgin, həm də qələbə müjdəli il olduğu üçün daim qürurla xatırlanacaq bir tarix adlandırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və diplomatik bacarığı sayəsində qazanılan Zəfər münasibətilə deputatlara təbriklərini çatdıran H.Hüseynova rəşadətli Azərbaycan Ordusuna arzular arzulayıb, Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.

Hicran Hüseynova bildirib ki, Vətən müharibəsi zamanı komitə üzvlərinin hər biri erməni qəsbkarları tərəfindən törədilən terror aktları zamanı zərərçəkmiş qadın və uşaqlara qarşı diqqət və qayğılarını əsirgəməyiblər. Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsi bu qanlı terror hadisələri ilə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Sonra Hicran Hüseynova 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 11 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib. “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda, Əmək və Ailə məcəllələrində əhəmiyyətli dəyişikliklər edilib. Qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən bu sənədlər Milli Məclisin plenar iclaslarında müzakirə olunaraq qəbul edilib.

Bu dövrdə komitədə müvafiq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Hicran Hüseynova vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 280 sənəd daxil olub, onlardan 143-ü vətəndaşlardan gələn ərizə, məktub və şikayətlərdir. Komitə sədri bildirib ki, əsasən sosial müdafiə məsələləri, aliment tələbi, işsizlik problemləri, tibbi müalicə üçün maddi yardım, ünvanlı sosial yardım və əfv məsələləri ilə bağlı olan müraciətlərin müəyyən qismi aidiyyəti qurumlara yönəldilib, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Hicran Hüseynova yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib, 2 fevral – Gənclər Günü ərəfəsində “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfransın keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Pərvin Kərimzadə çıxış edərək hər iki məsələ barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitənin digər üzvləri - Sevil Mikayılova, Tamam Cəfərova da iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM