24 Sentyabr 2011 07:09
1000
Milli Məclis
A- A+

Parlamentdə «Sosial xidmət haqqında» qanun layihəsi müzakirə edilir

 

Sentyabrın 23-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etmək, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləməkdədir.

Qanun layihəsində sosial xidmət və onun əhatə dairəsi, bu sahədə dövlət siyasətinin əsas prinsipləri və s. məsələlər yer almışdır. Qanun layihəsi 6 fəsil və 28 maddədən ibarətdir.

Müzakirə zamanı deputatlardan Musa Quliyev, Elmira  Axundova, Rauf Əliyev və başqaları qanun layihəsinin maddələri üzərində fikir mübadiləsi apardılar. İclasda beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirdilər. Çıxışlarda qeyd edildi ki, "Sosial xidmət haqqında" qanun qəbul olunduqdan sonra insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayacaq.

Yekunda Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək bildirdi ki, qanun qəbul edilərsə, bu, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda, ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin edəcək. Eyni zamanda, bu, ehtiyacı olanların sosial problemlərinin aradan qaldırılması və onların ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən ən böyük kompleks tədbirlərdən biridir. Müzakirələrin yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video