10 Fevral 2013 12:02
401
PARLAMENT
A- A+

Parlament nümayəndə heyəti Pakistana səfər edəcək

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə  heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcək.

 Nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər  rəsmi şəxslər  daxildirlər.

İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin Sədri Oqtay Əsədov tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi  barədə fikirlərini bildirəcək. Səfər çərçivəsində parlament Sədrinin  toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə parlamentlərarası əlagələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi  aparılacaq.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video