30 May 2012 01:05
466
PARLAMENT
A- A+

Parlament nümayəndə heyəti beynəlxalq forumda iştirak edəcək

 

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə mayın 29-da  mətbuat üçün brifinq keçirən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev  və digər rəsmi şəxslər daxildirlər. Forumun keçirilməsində məqsəd daha güclü ittifaq üçün yeni tərəfdaşlıq, qarşıdakı dövrdə prioritet vəzifələr və hədəflər barədə fikir mübadiləsi aparmaqdır. Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Pan Gi Mun çıxış edəcəklər.

Tədbir çərçivəsində keçiriləcək sessiyalarda "Mədəniyyətlər ittifaqı və qlobal siyasət", "Münaqişələrin qarşısının alınması və vasitəçilik", "Qlobal sülhə baxış" mövzularında müzakirələr aparılacaq.

Səfər mayın 31-də başa çatacaq.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video