15 Aprel 2012 04:04
280
SİYASƏT
A- A+

Parisdə «Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Aprelin 13-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Fransa Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Avropa-Azərbaycan Cəmiyyəti ilə birlikdə "Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu" mövzusunda beynəlxalq konfrans keçirmişdir.    SAM direktorunun müavini Gülşən Paşayeva Fransaya səfərinin məqsədi və yığıncaq barədə AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Konfransdan əvvəl bizim mərkəzlə İFRİ arasında ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin - beynəlxalq konfransların, görüşlərin,  mübadilələr proqramının və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün institutda keçirilən konfransı həmin müqavilənin ilk işi kimi dəyərləndirmək lazımdır.

Konfransda "Total" şirkətinin Azərbaycan üzrə vitse-prezidenti Natali Komatiçin, İFRİ enerji mərkəzinin məsul əməkdaşı Lora Parmijianinin, "Edison" şirkətinin eksperti Elio Ruççerinin, Rusiya Dövlət Enerji Fondunun baş direktoru Konstantin Simonovun, mənim  və SAM-ın elmi işçisi Gülmirə Rzayevanın çıxışlarında əsasən "Şahdəniz" yatağının ikinci fazası ilə bağlı layihə reallaşdıqdan sonra Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolunun nədən olması ətrafında söhbət getmişdir.

  Çıxış edənlər Azərbaycanın enerji ehtiyatları ilə zənginliyindən danışmış, ölkəmizin Avropa enerji təhlükəsizliyinin əsas təminatçısı olduğunu diqqətə çatdırmışlar. İstər aprelin 12-də keçirdiyimiz  görüşlərdə, istərsə də bu konfransda həm Azərbaycan tərəfinin, həm də İFRİ-nin birgə tədqiqat layihələri aparmasının vacibliyi vurğulanmışdır".

Görüşlərdə və konfransın işində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video