08:14 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Parisdə 2 milyon avro dəyərində ziynət məmulatları oğurlanıb
ANA SƏHİFƏ / DÜNYA
17:11 28.07.2021

 

Parisin Yelisey meydanında yerləşən “Chaumet” zərgərlik mağazası naməlum şəxs tərəfindən qarət edilib. Bu barədə “Le Parisien” qəzeti xəbər verir. 
Bildirilir ki, mağazaya silahla hücum edən cinayətkar 2 milyon avro dəyərində ziynət əşyaları oğurlayıb. Polisin məlumatına görə, yerli vaxtla təxminən 17:10-da naməlum şəxs skuterlə dükana yaxınlaşıb. Sonra içəri girib işçilərə silahla hədə-qorxu gələrək qızıl-ziynət əşyalarını götürüb və hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı istintaq başlayıb. Cinayətkar axtarılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM