14:28 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Paralimpiya çempionumuz virusa yoluxdu

ANA SƏHİFƏ / İDMAN
00:28 24.08.2021

 

“Tokio-2020” XVI Paralimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtına gələn cüdoçumuz, “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov koronavirusa yoluxub.

Tokiodakı Atletlər kəndində idmançımızdan götürülən COVID-19 testinin nəticəsi müsbət çıxıb. Azərbaycan komandasının tələbi ilə bir neçə saat sonra götürülən təkrar test nümunəsinin də nəticəsi müsbət çıxdığına görə cüdoçumuz yarışlardan kənarlaşdırılıb.

O, Tokioda xüsusi karantin zonasına yerləşdirilib. Ramil Qasımov karantin müddəti başa çatdıqdan sonra Vətənə qayıdacaq. Həmçinin bildirilir ki, Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvünün PCR testlərinin nəticələri mənfi çıxsa da, onlar da yüngül karantin rejimində qalacaqlar. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantin rejimi zonasına yerləşdirilmiş idmançılarımız məşqlərinə davam edərək yarışlara qatılacaqlar. Lakin onların açılış mərasimində iştirak etmələrinə icazə verilməyəcək.

Qeyd edək ki, 11 cüdoçumuz arasında ikiqat Paralimpiya çempionu İlham Zəkiyev də yer alıb. Açılış mərasimində komandamızın bayraqdarı isə Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM