02 May 2021 00:30
979
İQTİSADİYYAT
A- A+

Pambıq məhsulu üzrə sığorta tarifləri açıqlanıb

 

Azərbaycanda pambıq bitkisi 100,3 min hektar ərazidə əkilir.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildilir ki, bunun böyük hissəsi - 90,7 min hektarı Aran regionunun payına düşür.

Ölkənin əsas pambıqçılıq rayonları Saatlı, Sabirabad, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Salyandır.

Bundan başqa, pambıq Goranboy rayonunda (Gəncə-Qazax regionu), Cəlilabad rayonunda (Lənkəran regionu), Füzuli, Ağdam və Tərtər rayonlarında (Yuxarı Qarabağ regionu) və Ağsu rayonunda (Dağlıq Şirvan regionu) əkilir. Ölkə üzrə pambıq sahələrinin orta məhsuldarlığı 33,6 sentner, 1 kiloqram pambığın orta satış qiyməti 65 qəpikdir. Bu hesabla pambıq tarlasında hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 2200 manat təşkil edir.

Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri, iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.

Belə ki, pambıq məhsulu üzrə sığorta tarifi Aran regionunda 0,95, Yuxarı Qarabağda 1,18, Gəncə-Qazax regionunda 2,91, Lənkəran regionunda 0,79, Yuxarı Şirvan regionunda 1,35 faizdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video