24 Oktyabr 2021 21:14
934
DÜNYA
A- A+

Özbəkistanda prezident seçkiləri başa çatıb

 

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək seçicilərin 71,8 faizi, yəni 14 milyon 258 min nəfər səsvermədə iştirak edib. Seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq.

Prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova mübarizə aparır. Ekspertlərin fikrincə, qələbəyə ən real namizəd Şavkat Mirziyoyevdir.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib. Müşahidəçilər sırasında Milli Məclisin sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə Azərbaycan parlamentin nümayəndə heyəti də var.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video