09 Sentyabr 2021 09:55
797
Mədəniyyət
A- A+

Özbəkistan portalı Azərbaycan muğamları haqqında məqalə çap edib  

Özbəkistanın “ishonch.uz” portalı Azərbaycan muğamları haqqında AZƏRTAC-ın materialını özbək dilində yerləşdirib.

Məqalədə “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Kürdü Şahnaz”, “Qatar”, “Rast”, “Mahur-hindi” və digər muğamlarımızın yaranma tarixindən danışılır, bu muğamları ifa edən xanəndələr haqqında məlumat verilir.

Qeyd olunur ki, “Segah” muğamını şuşalı xanəndə Mirzə Hüseyn elə məharətlə oxuyub ki, muğam onun adı ilə “Mirzə Hüseyn segahı” kimi musiqi tarixinə düşüb. Sonralar bu muğamı Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski məharətlə ifa ediblər.

Bildirilir ki, “Şahnaz” və “Kürdü” muğamları əsasında XIX əsrdə məşhur xanəndə Hacı Hüsü “Kürdü Şahnaz” yaradıb. Bu muğamlar Şahnaz Abbas və Xan Şuşinskinin ifasında yadda qalıb.

Yazıda “Qatar” muğamının Şuşada Hacı Hüsü tərəfindən yaradıldığı bildirilir. Belə ki, xanəndə Qatar kəndindən Şuşaya gəldiyi üçün muğam da bu kəndin adı ilə tarixə düşüb. Bu muğamı sonralar Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışinskaya və digər xanəndələr ifa ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video