27 Yanvar 2012 01:01
374
Mədəniyyət
A- A+

«Öz məşəlini alovlandır!»

 

Bakıda «Evrovision-2012» mahnı müsabiqəsi ilə bağlı görülən işlər yüksək qiymətləndirilmişdir

 

Yanvarın 26-da Bakı Biznes Mərkəzində "Evrovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, mərkəzin foyesində müsabiqə ilə bağlı  Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgi açılmışdır.

Konfransda "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, "eurovision.tv"nin direktoru Yorqan Frank, "Eurovision-2012" mahnı müsabiqəsi işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak etmişlər.

Tədbirdə "Eurovision-2012" mahnı müsabiqəsinin loqosuna dair videoçarx nümayiş olunmuşdur. Həmçinin eurovision.az saytı təqdim edilmişdir. Saytda "Eurovision" mahnı müsabiqəsinin tarixinə və Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012"yə hazırlıqlara dair geniş məlumatlar yerləşdirilmişdir.

Mətbuat konfransı iştirakçılarını salamlayan Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə etmişdir. Bu, bizim "Eurovision-2012"nin ev sahibi olan Azərbaycanda keçirdiyimiz ilk mətbuat konfransıdır. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cür müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Lakin çox peşəkar komandamızın səyi nəticəsində  müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bununla belə, müsabiqə ilə bağlı görüləcək işlərimiz də çoxdur.

"Eurovision" müsabiqəsinin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker bildirmişdir ki, ötən gün Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmişdir. Bu möhtəşəm tədbiri 10 minlərlə insan canlı olaraq izləmişdir. Ötən gün həqiqətən fantastik bir şou izlədik. Azərbaycana bu müsabiqədə uğurlar arzulayırıq.

Bu gündən sonra belə görüşlərin daha tez-tez təşkil ediləcəyini söyləyən "Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli bildirmişdir ki, qısa müddətdə müsabiqənin Təşkilat Komitəsi və işçi qrupu yarışmaya hazırlıqla bağlı çox böyük işlər görmüşdür. Avropa Yayımları Birliyi bugünədək olan hazırlıq mərhələsini yüksək dəyərləndirir. Sevindirici haldır ki, bir çox işləri  nəzərdə tutduğumuz müddətdən tez həyata keçirə bilmişik. Hamının səbirsizliklə gözlədiyi təntənəli şounu musiqisevərlərə təqdim edəcəyik. Bu şou ilə bağlı artıq tərəfdaşlar seçilmişdir. Əminəm ki, təqdim edəcəyimiz şou 150 milyon izləyicinin xoşuna gələcəkdir.

Mətbuat konfransında çıxış edən "eurovision.tv"nin direktoru Yorqan Frank da müsabiqəyə hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirmiş və bu işdə bütün təşkilatçılara uğurlar arzulamışdır.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video