22:16 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Öz çayımızın dadı-tamı var...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 08.01.2012

 

İndi ölkəmizin bütün şəhər və bölgələrindəki istər böyük marketlərdə, istərsə də kiçik mağazalarda növbənöv çaya rast gəlmək mümkündür. İstədiyin dad və ətirdə çay tapa bilərsən. Ayrı-ayrı çay becərən ölkələrin məhsullarıdır. Müxtəlif həcmli qutu və torbalarda yüksək zövqlə qablaşdırılmış çaylar alıcıya geniş seçim imkanı verir.

Amma bir çox çaysevərlərin baxışları piştaxtalarda yalnız öz çayımızı axtarır - Lənkəran, Astara, Zaqatala çayını. Azərbaycan çayını! Axı, onun öz dadı-tamı, öz ləzzəti var.

Sevindirici haldır ki, son illərdə ölkəmizdə bu sahə xeyli dirçəlib. Çayçılıq getdikcə inkişaf etdirilir. Bu istiqamətdə Lənkəran şəhərindəki 5 nömrəli Çay Səhmdar Cəmiyyəti də xeyli iş görür. Çayçılar 14 hektar sahədə yüksək keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Ötən hər ili də uğurla yola salmağa çalışırlar. 2011-ci ildə burada 25 tondan çox müxtəlif növ çay istehsal edilib. Bukletlər şəklində satılan "Fərman çay", "Zirkan çay", "Lənkəran çay" qısa müddətdə öz dadı və keyfiyyəti ilə tanınıb. Çaysevər alıcılar onları yüksək qiymətləndirirlər.

 

Foto A.MƏmmƏdovundur



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM