07 Iyul 2013 03:07
928
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Ailə vəziyyətinə görə kimlərin hərbi xidmətdən möhlət hüququ var?

 

Möhlət Həşimov,

Masallı rayonu

 

- "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 19.1-ci maddəsi ilə ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: 1)  başqa  övladı olmayan I qrup əlil ata, yaxud ana; 2) 3 və daha çox uşaq; 3) I qrup əlil arvad; 4) 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 5) 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri ("saxlamaq imkanına malik başqa ailə üzvləri" dedikdə, çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur) olmadıqda.

Qeyd edək ki, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunur və ehtiyata keçirilirlər.

 

Mənə məxsus evin qardaşım qızına qalmasını istəyirəm. Evdə yalnız mən qeydiyyatdayam. Əgər onu evə qeydiyyata götürsəm, məndən sonra ev  ona qalacaqmı?

 

Sahilə Namazova,

Sumqayıt şəhəri

 

- Evinizin qardaşınız qızına qalmasını istəyirsinizə, evi ona vəsiyyət edə bilərsiniz. Bunun üçün vəsiyyətnamə tərtib etməniz zəruridir. Qardaşınız qızının həmin evdə qeydiyyatda olub-olmaması, onun vəsiyyət üzrə vərəsə olması üçün əhəmiyyət kəsb etmir. Bundan başqa, əgər qardaşınız qızını evinizə qeydiyyata götürmək istəyirsinizsə, bunu edə bilərsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video