09 Oktyabr 2011 11:10
976
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Nikahda olduğumuz vaxt ərimlə birgə borcalan kimi bankdan kredit götürmüş və onun bir hissəsini qaytarmışdıq. Lakin aramızdakı nikah artıq pozulmuşdur. Həmin kreditin qaytarılması hansı şəkildə olmalıdır? Keçmiş ərim həmin borcu qaytarmaqdan boyun qaçırarsa, bank qalan kredit borcunun hamısını məndən tələb edə bilərmi?

 

Lalə Seyidzadə,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məc

əlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdələrinə götürürlər.

Həmin məcəllənin 500.2-ci maddəsinə görə, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

Göründüyü kimi, nikahınızın pozulmasının sizin kredit müqaviləsi üzrə öhdəliyinizə hər hansı təsiri yoxdur. Başqa sözlə, həm siz, həm də keçmiş həyat yoldaşınız kredit müqaviləsi üzrə öhdəliyinizi yerinə yetirməyə davam etməlisiniz.

Keçmiş həyat yoldaşınız kredit müqaviləsi üzrə öhdəliyini icra etməkdən boyun qaçırarsa, onda bank sizdən borcun tam və ya hissə-hissə icrasını tələb edə bilər. Bankın bu hüququ adı çəkilən məcəllənin 501-ci maddəsində nəzərdə tutulmuşdur.

 

Soyadımın sonluğunu dəyişdirmək istəyirəm. Bunun üçün nə etməliyəm?

 

Cavid Bəkirov,

Şamaxı rayonu

 

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 5.1-ci bəndinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Həmin qaydaların 5.3-cü bəndinə görə, soyadın sonluğuna dəyişiklik olunması ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Siz soyadın sonluğuna dəyişiklik edilməsi barədə ərizə ilə yaşayış yeriniz və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlisiniz. Əgər müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizənizi qəbul etmiş qeydiyyat şöbəsindədirsə, onda soyadınızın sonluğuna dəyişiklik orada ediləcək və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, sizə yeni şəhadətnamələr veriləcəkdir (Qaydaların 5.4-cü bəndi).

Əgər sizin müvafiq akt qeydləriniz müraciət etdiyiniz deyil, digər qeydiyyat şöbəsində olarsa, ərizə 3 gün müddətində oraya göndəriləcəkdir. Sonuncu 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edəcək, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparılacaqdır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Sizə veriləcək yeni şəhadətnamə ərizənizi qəbul etmiş qeydiyyat şöbəsinə 3 iş günü müddətində göndəriləcəkdir. Ərizənizi qəbul etmiş qeydiyyat şöbəsi yeni şəhadətnamənin daxil olması barədə sizə 3 iş günü müddətində məlumat verəcəkdir. Siz bundan sonra yeni şəhadətnamənizi oradan əldə edə bilərsiniz (Qaydaların 5.5-5.7 bəndləri).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video