07 Aprel 2013 12:04
1018
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Heç bir yerdə işləmirəm. Qızımın 3 yaşı tamam olub, amma uşağın anadan olmasına görə müavinət almamışam. Doğum haqqında şəhadətnaməsi də var. İndi həmin pulu ala bilərəm?

 

Səltənət Fətəliyeva,

Naftalan şəhəri

 

- "Sosial müavinətlər haqqında" qanunun 4.0.2.2-ci maddəsi uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsini nəzərdə tutur. Həmin qanunun 7.0.12-ci maddəsinə əsasən, uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin edilir. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları (müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini 4.0.1.7-ci, 4.0.2.2-ci və 4.0.2.3-cü maddələr üzrə sığortaolunanlara münasibətdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri, digər hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri) tərəfindən təyin edilir və ödənilir.

Siz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin müvafiq (yəni, qeydiyyatda olduğunuz yaşayış yeri üzrə) şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edərək zəruri sənədləri (ərizə, ailə tərkibi barədə yaşayış yerindən arayış (işləməməniz qeyd olunmaqla), şəxsiyyət vəsiqənizin surəti, DSMF-dən sosial sığorta ödəyicisi olmamanız barədə arayış, rayon qeydiyyat şöbəsinin doğum haqqında arayışı (VVADQ) və uşağın doğum haqqında şəhadətnaməsi) təqdim etməklə uşağın doğulmasına görə birdəfəlik müavinət ala bilərsiniz.

 

Pay torpaqları satılarkən necə qiymətləndirilir? Nə qədər dövlət rüsumu ödənilir və bu  xərci  kim çəkməlidir -  alıcı, yoxsa satıcı?

 

Valid Bahadurov,

Quba rayonu

 

- Pay torpaqğının qiymətini satıcı və alıcı müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirirlər. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsi). "Dövlət rüsumu haqqında" qanuna (10.1.1, 10.1.2 və 26.1.1-ci maddələr) görə, əgər torpaq sahəsi ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, 20 manat dövlət rüsumu ödənilir. Əgər torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə keçirsə, dövlət rüsumunun məbləği Bakı şəhərində 200 manat, digər şəhər və rayonlarda 80 manat təşkil edir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu ödənilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video