21 Dekabr 2012 03:12
427
PARLAMENT
A- A+

Oxşar cəhətləri olan Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır

 

Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, qarşılıqlı səfərlər və aparılan səmərəli danışıqlar nəticəsində Azərbaycan-İndoneziya əlaqələri siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 900 milyon ABŞ dolları olduğu halda bu ilin doqquz ayında bu rəqəm 1 milyard 400 milyon dolları ötmüşdür. İqtisadi sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza hazırlanır. Bu günə qədər iki ölkə arasında cəmi 5 sənəd imzalanmışdır. Daha iki sənəd imzalanma mərhələsindədir. Azərbaycan tərəfi 5, İndoneziya isə 11 sənəd üzərində işləyir. İnanırıq ki, bu sənədlər imzalandıqdan sonra iqtisadi-ticarət sahəsində münasibətlərin inkişafında əsaslı dönüş yaradacaqdır.

O.Əsədov ölkələrimiz arasında hökumətlərarası komissiyanın yaradılmasının, biznes-forumların keçirilməsinin əhəmiyyətini vurğulamış, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyətini xüsusi qeyd etmişdir.

Milli Məclisin Sədri İndoneziyanın beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İ.Qusman Bakıda keçirdiyi görüşlərdən məmnunluqla danışmışdır. Bildirmişdir ki, oxşar cəhətləri olan Azərbaycan ilə  İndoneziya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. Bu imkanlardan istifadə etmək üçün birgə forumların, investorların görüşünün təşkili hər iki tərəf üçün səmərəli olacaqdır.  Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları xüsusi vurğulayan İ.Qusman bu səfərin əməkdaşlığın genişləndirilməsində faydalı olacağına ümidvar olduğunu bildirmişdir.

 

AzərTAc

Fərman BAĞIROV (foto)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video