15 Yanvar 2012 12:01
381
İQTİSADİYYAT
A- A+

Ovçuluq təsərrüfatında keçirilən reyd zamanı insident baş vermişdir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 10-da keçirilən növbəti reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən "Zəvvar" ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılmış və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi müsadirə edilmişdir. Bu zaman digər brokonyer gizləndiyi yerdən tüfəngini çıxararaq nazirliyin əməkdaşları istiqamətində atəş açmış, lakin təsadüf nəticəsində xəsarət alan olmamışdır. Daha sonra həmin şəxs reyd iştirakçılarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 tüfəngi maşından götürərək hadisə yerindən qaçmışdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad Rayon Polis Şöbəsinə və Baş Prokurorluğa məlumat verilmiş, Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video