11:45 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Ovçu, insaf elə, keçmə bu düzdən»
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 10.01.2012

 

Azərbaycanda təbiətin nadir incisi olan ceyranlar ciddi mühafizə edilir

 

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə hələ 2010-cu ildə start verilib. Layihəyə hazırlıq işlərinə isə həmin vaxtdan il yarım öncə başlamışdı.

Həmin müddətdə layihənin həyata keçirilməsi üçün potensial təbiət əraziləri, yem və su bazası öyrənilmiş, real təhlükə mənbələrinin aradan qaldırılması üçün zəruri işlər görülmüş, ceyranların tutulması, daşınması və təbii şəraitə adaptasiyası üçün xüsusi metodika müəyyən edilmişdi.

Sözügedən işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən layihənin rəsmi tərəfdaşı olan Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan nümayəndəliyi ilə birlikdə həyata keçirilib. İcra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək bilavasitə lazımi məsləhətlər veriblər. Layihənin icrası üçün tələb olunan avadanlıqlar - ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınıb. Həmin avadanlıqlardan istifadə edilərək ceyranların həyat təhlükəsizliyi təmin olunur və hərəkətlərinin nəzarəti həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, əsasən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınıb.

Layihənin digər rəsmi tərəfdaşı Heydər Əliyev Fondudur. Fondun nümayəndələrinin layihə üzrə aparılan təbliğat işlərində iştirakı aksiyanın uğurlu nəticələri və insanların - yerli icmaların məsələyə daha məsuliyyətli yanaşması üçün əhəmiyyətli olub. Xatırladaq ki, hələ 2010-cu il dekabrın 24-də Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva üzərinə peyk vasitəsilə siqnal ötürücü xaltalar bağlanmış bir neçə ceyranı Qobustan ərazisinə buraxdılar. Bu, dövlətin ətraf mühit və bioloji müxtəliflik problemlərinə həssas münasibətinin bir göstəricisidir.

Layihənin başlanmasından keçən dövr ərzində potensial reintroduksiya ərazilərindən Ağgöl Milli Parkı ərazisinə 19, Qobustan-Cəngiçay ərazisinə 39, Acınohur-Sarıca düzü ərazisinə 40 baş ceyran buraxılıb. Müvafiq ərazilərdə ceyranların boyunlarına bağlanmış xüsusi xaltalarla onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır.

Ağgöl Milli Parkına buraxılmış ceyranlar ərazinin yem bazasına öyrəşmək üçün bir müddət Milli Parkda yaradılmış süni volyerdə adaptasiya keçdikdən sonra vəhşi təbiətə buraxılıb. Kiçik ceyran sürüsü əraziyə uyğunlaşaraq 2010-cu ilin mayında balalayıb. Keçən il dekabrın 24-də aparılmış monitorinqin nəticəsinə əsasən ərazidə 21 baş ceyran müşahidə edilib.

Qobustan-Cəngiçay ərazisinə buraxılmış ceyranlar ilk vaxtlardan 2-3 qrupa bölünərək hərəkət ediblər. Peyk məlumatlarına əsasən, ceyranların bir qrupu Güzdək qəsəbəsinin cənub-qərbində, digər qrupu isə Abşeron rayonunun Pirəkəşkül kəndinin qərb istiqamətində müşahidə olunub. 2011-ci ilin fevral ayından etibarən boyunlarına xalta bağlanmış ceyranların hərəkət istiqamətində ciddi yerdəyişmələr müşahidə olunmasa da, yerli sakinlərin sözlərinə görə, ceyranlar arasında bölünmə baş verib və onlar iki-iki, üç-üç gəzməyə başlayıblar. Təəssüf ki, may ayında boynuna xalta bağlanmış ceyranlardan biri canavara yem olub. Bu barədə siqnalın daxil olduğu gün ceyranın cəsədi aşkarlanaraq şəkli çəkilib və xalta götürülüb. Hazırda ərazidə ceyranların döllənmə dövrü ilə bağlı tək və ya iki-bir, üç-bir gəzməsi halları müşahidə olunur. ETSN-in mütəxəssisləri keçən il dekabrın 24-də WWF-in Azərbaycan nümayəndəliyinin üzvləri ilə birlikdə ərazidə apardıqları monitorinq zamanı Pirəkəşkül qəsəbəsinin cənub istiqamətində, o cümlədən Bakı-Şamaxı yolunun 47-ci və 50-ci kilometrliklərində müxtəlif ceyran qruplarına rast gəliblər.

ETSN-in mətbuat xidmətinin məlumatında deyilir ki, ceyranların olduqları Qobustan-Cəngiçay ərazisinə yasaqlıq statusu verilməsi məsələsi nazirlikdən asılı olmayan səbəblərdən ləngiyir. Bu səbəbdən ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə nazirliyin 4 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılıb. Qrup gündəlik olaraq fəaliyyətini davam etdirir.

Sahəsi təqribən 24 min hektaradək olan Acınohur-Sarıca düzünə buraxılmış ceyran sürüsü hazırda 50 min hektaradək ərazidə hərəkət edir. Son günlərin araşdırmalarına əsasən, ərazidə reintroduksiya olunmuş fərdlərdən əlavə keçən il dünyaya gəlmiş 7-10 ceyran balası da müşahidə edilib. Eyni zamanda, ceyranların bir il ərzində Samux və Şəki rayonlarının ərazisində də hərəkəti qeydə alınıb.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM