18:32 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Orxan Məmmədov: Qarabağın bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:40 27.10.2021

Qarabağın bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib.

O bildirib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti maraqlı bir dövrə təsadüf edir. Təxminən iki həftə sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbəmizin 1 ili tamam olur. İşğaldan azad olunmuş Qarabağ torpağının bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Artıq bir sıra iri infrastruktur layihələri tamamlanıb, bir çoxu icra mərhələsindədir.

Digər tərəfdən bəşəriyyət COVID-19 pandemiyasının yaratdığı çox böyük çağırışlar ilə üzləşib. Sammitin keçirildiyi dövr ilə bağlı digər mühüm məqam isə 2021-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan olunmasıdır. Bu il dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyi tamam olur. Onun əsərləri təkcə ölkənin deyil, ümumilikdə dünyanın mədəniyyət xəzinəsinin nadir incilərindən hesab olunur. Hər bir xalqın mədəniyyəti və malik olduğu dəyərlər isə investisiya prizmasından sərməyaçilərin qərarlarına bu və ya digər dərəcədə təsir edir.

O.Məmmədov qeyd edib ki, Azərbaycan İnvestisiya Sammiti sadaladığım bu üç mühüm geo-siyasi reallıqlar, iqtisadi perspektivlər və mədəni xüsusiyyətlər ilə bağlı məsələləri öz gündəliyində əhatə edəcək. Sammit çərçivəsində müxtəlif mövzular üzrə beynəlxalq və yerli ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələri və diskussiyalar, eləcə də startap təqdimatları keçiriləcək.

“Ümumilikdə, birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib. Xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir. Mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyillər olacaq. Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilmiş və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib. Ümidvaram ki, Sammit çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından uğurlu nəticələr əldə ediləcək. Əminəm ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti ölkəmizin ev sahibliyi etdiyi uğurlu beynəlxalq tədbirlər sırasında yer alacaq”, - deyə KOBİA sədri qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM