16 Oktyabr 2021 22:14
1431
Səhiyyə
A- A+

Ömrü uzadan 6 yoxlanılmış vərdiş

 

Sadə gündəlik məşğuliyyətlər ümumi hal-əhvalı yaxşılaşdıra və ömrün uzunluğuna müəyyən təsir göstərə bilər.

Mümkün uzunömürlülük baxımından gündəlik vərdişlər pəhriz qədər böyük təsir göstərə bilər. Uzun ömür əldə etmək üçün onu qısaltmağa qadir olan bir çox sağlamlıq problemindən uzaq olmaq lazımdır - bu sadə, lakin təsirli prinsip barədə ingilis əczaçı Culiya Gerrini müsahibədə xatırladıb. AZƏRTAC “MedicForum”a istinadla ömür uzunluğunun artırılmasına kömək edən amillər barədə məlumat verir.

Müəyyən vaxtda yuxuya getmək. Yuxusuzluq bir sıra xəstəliklərin riskini artırır, lakin insan normadan çox yatanda depressiya və ömrünüzə mənfi təsir edə biləcək digər xəstəliklərə meyilliliyi ilə əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, hər gecə yeddi-səkkiz saat yatmaq lazımdır.

“Düzgün tənzimlənən gecə yuxusu ümumi sağlamlıq və rifah üçün həlledici əhəmiyyət kəsb edir və son nəticədə daha çox yaşamaq şansını artırır”.

Meditasiya. Xroniki stres təkcə ruhi sağlamlığa deyil, həm də fiziki sağlamlığa mənfi təsir edir, insan ömrünü qısaldır. Meditasiya və nəfəs məşğələləri bədəndəki kortizol (stres hormonu) səviyyəsini azaldır, psixoloji vəziyyəti yaxşılaşdırır və immun sistemini gücləndirir. Bu vərdişin müntəzəm olaraq əldə edilməsi ümumi stres və narahatlıq səviyyələrini azaldacaq və nəticədə ömrü uzatmağa kömək edəcək.

Aktiv fəaliyyət. Uzun müddət sağlam yaşamaq arzusunda olan insanlar üçün aktiv qalmaq həyati əhəmiyyət kəsb edir - buna hətta həftədə ən azı beş dəfə hər gün 15-30 dəqiqəlik orta fiziki məşq etməklə (məsələn, parkda gəzmək) nail olmaq olar.

İstifadə edilən spirtli içkilərə nəzarət edilməsi. Mütəmadi olaraq spirtli içkilərin qəbul edilməsi ürək xəstəlikləri riskini artıra, qan təzyiqini yüksəldə, çəki almağa kömək edə və bir çox başqa problemə səbəb ola bilər. Spirtli içkilərin qəbul edilməsinə nəzarət etmək vərdişi - uzun ömür üçün ən vacib vərdişlərdən biridir.

Çay və qəhvə qəbul etmək. Mütəxəssis qeyd edir ki, bu içkiləri normal miqdarda qəbul etmək vərdişi xroniki xəstəlik riskinin aşağı olması ilə əlaqədardır. C.Gerrininin sözlərinə görə yaşıl çay, sağlamlıq üçün ən faydalı ilıq içkilərdən biridir və xərçəng xəstəliyinin bəzi növlərinə, diabetə və ürək xəstəliklərinə daha az meyillilik onun qəbul edilməsi ilə əlaqələndirilir. Qəhvə içmək 2-ci növ diabetin, ürək xəstəlikləri, altsheymer və parkinson xəstəlikləri riskini azaldır.

İnciməmək. Fərqli həyat şəraitini fəlsəfi nöqteyi-nəzərdən qəbul etmək, inciməmək və kin saxlamamaq vərdişi, son nəticədə insanın ömrünü uzada bilər. Xroniki qəzəb ürək xəstəlikləri, ağciyərin sağlamlığının pozulması və insultlar kimi bir çox xəstəliklərlə əlaqədardır. Bağışlayaraq və inciklikdən xilas olaraq, biz narahatçılığımızı azaldır və qan təzyiqimizi yaxşılaşdırırıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video