15 Sentyabr 2021 16:03
428
CƏMİYYƏT
A- A+

Ölkəmizdəki siyasi partiyaların rəhbərləri və nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər  

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Azərbaycan paytaxtında və respublikamızın bölgələrində bir sıra tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, respublikamızda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və nümayəndələri bu münasibətlə “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Ziyarətçilər “Türk şəhidliyi” abidəsinin önünə gələrək Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Siyasi partiya rəhbərləri və nümayəndələri Azərbaycan -Türkiyə qardaşlığının əbədi və sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığını və fədakarlığını dərin hörmət və ehtiramla anıb, məzarları üstünə qərənfillər düzüblər.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8 min Osmanlı əsgəri və Azərbaycanın 7 min nəfərədək yerli qüvvəsi toplanıb. Bu hərbi əməliyyatla həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video