05:42 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Olimpiadada 5-ci gün arxada qaldı

ANA SƏHİFƏ / İDMAN
00:24 28.07.2021

 

İdmançılarımız hələ də medal qazana bilməyiblər

 

Daha bir cüdoçumuz mübarizəni dayandırdı

 

Olimpiadanın 5-ci günü Azərbaycan yığmasının daha bir cüdoçusu Murad Fətiyev mübarizəyə qoşuldu.  81 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz yarışa 1/16 final mərhələsindən başladı.

22 yaşlı cüdoçumuz Syerra-Leonedən olan Frederik Harrislə üz-üzə gəlməli idi. Lakin özündən 15 yaş böyük olan rəqibi çəki mərasimində iştirak etmədiyindən Fətiyev Olimpiadada texniki qələbə ilə növbəti mərhələ adladı. Muradın 1/8 finaldakı rəqibi monqolustanlı Səid Mollayi oldu. 2018-ci ildə Bakıda dünya çempionu tituluna yiyələnən İran əsilli cüdoçu həmyerlimizə heç bir şans vermədi. O, vazari ilə Fətiyevə qalib gəldi.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurublar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM