14:10 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Olar... Olmaz...

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:24 13.06.2021

 

Balıq yeyərkən mütləq onun üzərinə limon sıxın. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omeqa-3-ün bədəndəki istifadəsini artırır.

Balıq boyatdırsa, tərkibindəki histamin maddəsi çoxalır. Histaminin çox olması da bədənə toksiki təsiri artırır. Süd və süd məhsullarının tərkibindəki histamin balıqda da olan histaminin təsiri ilə normadan artıq olur. Buna görə balığın yanında qatıq yemək olmaz. Ancaq balıq təzədirsə, qatıq və yaxud digər süd məhsulları yeməkdə problem yoxdur.

 

Balıq necə bişirilməlidir?

 

Balığı qızartmaq məsləhət görülmür. Çünki qızardanda istiliyin təsirindən tərkibindəki proteinlər keyfiyyətini itirir və onun qida dəyəri azalır, eyni zamanda qızartma zamanı öz çəkisi qədər də yağ çəkməsi səbəbindən kalori miqdarı artır. Həmçinin una batıraraq qızartmaq üsulundan da qaçınmaq lazımdır.

Bunun səbəbi bədən hüceyrələrini zədələyən və unun yüksək temperaturla təması nəticəsində ortaya çıxan heterosiklik amin turşusu (HMF) birləşmələrinin xərçəngin inkişafına səbəb ola bilməsidir. Balıqları öz suyu ilə və ya sobada aşağı temperaturda buxarlanaraq bişirmək daha sağlam bir seçimdir. Balıq buxarda bişəndə tərkibindəki vitamin və minerallar bişmə suyuna keçməyib balıqda qaldığı üçün daha faydalı olur. 

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM