14 Aprel 2012 04:04
353
SİYASƏT
A- A+

Nyu-Yorkda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir

 

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın BMT-dəki daimi nümayəndələri Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyası  gündəliyinin 35-ci bəndi üzrə "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri" mövzusunda brifinq keçirmişlər.

AzərTAc Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir ki, brifinqdə diplomatlar və KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının tarixi, bu münaqişənin Azərbaycan üçün ağır nəticələri və ölkəmizin bu məsələdə tutduğu mövqe barədə ətraflı məlumat vermişdir.

Diplomat qeyd etmişdir ki, Azərbaycan münaqişənin qısa müddətdə danışıqlar yolu ilə həll edilməsində, onun nəticələrinin aradan qaldırılmasında daha çox marağı olan tərəfdir. O bildirmişdir ki, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə sadiq qalır, amma heç vaxt status-kvonun qanuniləşdirilməsinə əsaslanan qərarları qəbul etməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü kompromis obyekti deyil və heç vaxt ola bilməz.

A.Mehdiyev demişdir ki, münaqişələrin ölkələrin dövlət suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərə hörmət çərçivəsində həllinin alternativi yoxdur. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi həyata keçirdiyi destruktiv və təhlükəli siyasətin perspektivinin olmadığını dərk etmir. GUAM ölkələri ərazisindəki münaqişələr beynəlxalq birliyi də narahat etməlidir. Buna görə də GUAM münaqişələrin hamı tərəfindən qəbul olunmuş normalar və beynəlxalq hüquq prinsipləri əsasında həlli sahəsində fəaliyyətini davam etdirəcəkdir.

Sonra GUAM-ın daimi nümayəndələri jurnalistlərin suallarına cavab vermişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video