23:19 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nur saçan qaya

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:47 08.08.2021

 

Duz mağaralarından çıxarılan qaya duzu parçalarının içərisinə lampa yerləşdirilməklə müxtəlif formalı qaya duz lampaları hazırlanır.

Bu təbii lampalar ətrafa mənfi ionlar yayır. Qaya duzu qızdırıldıqda, mənfi ion emissiyası daha çox olur və ətraf mühitin havasını təmizləyərək maqnit təsirlərini azaldır. Belə ki, kristal duzun içərisinə yerləşdirilən lampa yanarkən duz azacıq isinir və ətrafdakı rütubəti lampa üzərinə toplayır. Nəticədə nəmlənən kristal duz havaya mənfi ionlar saçır. Onlar ətrafdakı müsbət yüklü ionlarla birləşərək onu neytrallaşdırır, bəzi müsbət yüklü ionların zərərli təsirindən qoruyur.

Bu lampalar yataq otaqlarında daha yaxşı yuxunu təmin edir. Təbii qaya duz lampaları astma, bronxit, nəfəs darlığı, KOAH (Ağciyərlərin Xroniki Obstruktiv xəstəliyi) və yuxarı tənəffüs xəstəliklərinə müsbət təsir göstərir.  Duz lampaları eyni zamanda elektron cihazların yaydığı radiasiyanın ziyanından qorunmaq üçün də təsirli üsuldur. Bu təbii lampa otağın elektrik yükünü azaldır, baş ağrıları, stress və yuxusuzluğu aradan qaldırır, enerji və əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM