11 Dekabr 2011 12:12
273
SİYASƏT
A- A+

Novruz Məmmədov: Ermənistan rəhbərliyinin bəyanatları indiki mərhələdə danışıqlar prosesini pozmaq məqsədi güdür

 

Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təzyiqi ilə danışıqlara gedir.

AzərTAc xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın xarici işlər nazirinin "Dağlıq Qarabağa status verilməsə, erməni icması danışıqlarda iştirak etməyəcək" bəyanatına münasibət bildirərkən demişdir.

N.Məmmədov vurğulamışdır ki, işğalçı dövlət danışıqlar prosesini pozmaq üçün tez-tez bu cür açıqlamalar verir. Onlar çox məkrli və riyakardırlar. Bir müddət özlərini konstruktiv kimi göstərməyə çalışırlar, bəlkə də buna nail olurlar. Amma son məqam gələndə bir bəhanə tapırlar. İndiki mərhələdə onların verdiyi bu bəyanatlar məhz danışıqlar prosesini qarşıdan gələn müddətdə pozmaq məqsədi güdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video