06 Noyabr 2016 12:11
737
Oxucu məktubları
A- A+

Normal hərəkət təmin ediləcək

 

“Azərbaycan” qəzetinin 14 avqust 2016-cı il tarixli nömrəsində “Belə marşrut olar?” sərlövhəli oxucu məktubu dərc olunmuşdu. Məktubda metronun “Qara Qarayev” stansiyasından Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi və Bahar kəndi istiqamətində işləyən 191 nömrəli marşrutda sürücülərin iş rejiminə, hərəkət qrafikinə məhəl qoymadıqlarından avtobusların axşam saatlarında qeybə çəkilməsindən bəhs edilirdi. Şəhər sakini Əfiqə Əsgərovanın redaksiyamıza ünvanladığı bu məktubda, eyni zamanda, sürücülərin etik qaydalara riayət etmədikləri də bildirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Fərid Nuriyevin imzası ilə aldığımız  məktubda göstərilir ki, 191 nömrəli marşrut avtobusları barəsində “Azərbaycan” qəzetinə daxil olan şikayət məktubuna baxılmışdır. Agentlik qeyd edilən nöqsanlarla bağlı 191 nömrəli marşrutun müvəqqəti istismarçısı ilə görüş keçirildiyini və ciddi xəbərdarlıq olunduğunu bildirir: “Avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydalarını pozan şəxslər barəsində mövcud qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi və avtobusların sayının nizamlanması, eyni zamanda, hərəkət cədvəlinə daha ciddi riayət edilməsi barədə tapşırıqlar verilmişdir. Qeyd edilən nöqsanlar təkrarlanacağı təqdirdə zəruri tədbirlər görüləcəyi marşrutun müvəqqəti istismarçısının diqqətinə çatdırılmışdır”.

Həmçinin Bakı Nəqliyyat Agentliyi bildirir ki, marşrutun müvəqqəti istismarçısı sözügedən məsələni araşdıraraq agentliyə məlumat verilib: etik davranış qaydalarını pozan, sərnişinlərlə kobud rəftar edən sürücülər barəsində müvafiq tədbirlər görülmüş və bu kimi halların bir daha təkrarlanmaması üçün sürücülərə ciddi xəbərdarlıq olunub.

Məktubda o da vurğulanıb ki, xətdə avtobusların sayı artırılacaq və saat 00:00-dək fəaliyyəti təmin ediləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video