21 Oktyabr 2021 01:54
996
CƏMİYYƏT
A- A+

Nöqsanlar aradan qaldırılır

 

“Azərbaycan” qəzetində dərc olunmuş “Tibdə məsuliyyətsizlik ölümlə nəticələnə bilər” adlı məqalədə göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı sizin 09.09.2021-ci il tarixli 202 nömrəli məktubunuza Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) baxılmışdır.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində də özünü göstərməkdədir. “Azərbaycan” qəzeti ölkəmizdə həyata keçirilən islahatların işıqlandırılmasında mütərəqqi rola malikdir. Müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində rəhbərlik etdiyiniz mətbu orqanın rolu olduqca böyükdür.

Məlumat üçün bildiririk ki, sözügedən məqalədə əksini tapan bütün məsələlər  tərəfimizdən araşdırılacaq, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və göstərişlər veriləcəkdir.

 

Vüqar QURBANOV,

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video