22:50 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri İsmail Serageldindən
ANA SƏHİFƏ / MƏKTUBLAR
16:42 23.12.2020
 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Mən 2021-ci ildə münasib bildiyiniz vaxtda Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, həmçinin onun Qəyyumlar Şurasının üzvləri adından Sizin rəhbərliyinizlə Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğaldan azad olunması nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, Gəncəyə və digər şəhərlərə müharibənin vurduğu zərərin aradan qaldırılması istiqamətində həyata keçiriləcək işlərin çox olduğunu yaxşı bilirik. Ancaq biz Zati-alinizin yüksək peşəkarlığı və müdrikliyi sayəsində bu çətin işlərin ən səmərəli şəkildə reallaşdırılacağına əminik. Eyni zamanda, mənşəyi və dini mənsubiyyətindən asılı olmayaraq tarixi və mədəni abidələrin qorunub saxlanılacağına dair Sizin mühüm bəyanatlarınıza heyranlıq və dəstək ifadə edən çoxsaylı insanlara mən də qoşuluram. Bu, bütün dünyada daha geniş təbliğ edilməli olan növbəti vacib və xoşməramlı təşəbbüsdür.

Fürsətdən istifadə edib, Baş katibimizin böyük səyləri nəticəsində əvvəlki illərdən fərqli olaraq çoxlu sayda yüksək səviyyəli onlayn görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. BMT, Avropa və Amerikadan olan institutlar, eləcə də Ümumdünya İncəsənət və Elm Akademiyası, "The Lancet” tibb dərgisi kimi, eləcə də Çindən olan ən nüfuzlu qurumlarla fəal tərəfdaşlıq etmişik. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiyaya baxmayaraq beynəlxalq arenada öz fəallığını qoruyub saxlamaqla bərabər, yeni dostlar və tərəfdaşlar qazana bilib, həmçinin sosial mediadakı fəaliyyətini genişləndirib.

Mərkəzin Qəyyumlar Şurasına, onun həmsədrlərinə, Baş katibimizə və əməkdaşlarına göstərdiyiniz etimada görə Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu çətin ildə qazandığı uğurlardan məmnunluq duyursunuz. Biz 2021-ci ildə həyatın normal məcraya qayıdacağını səbirsizliklə gözləyirik.

Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Səmimiyyətlə,


İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri,

Misirin məşhur İsgəndəriyyə kitabxanasının sabiq direktoru,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM