02 Avqust 2021 15:33
773
DÜNYA
A- A+

Nikol Paşinyan Ermənistanın baş naziri təyin olunub

 

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir postuna təyin edilməsinə dair sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu təyinatdan 15 gün sonra ölkənin Nazirlər Kabineti formalaşdırılacaq.

Baş nazir təyinatından sonra 15 gün ərzində hökumətin tərkibini formalaşdırmalı, eyni zamanda, Nazirlər Kabinetinin proqramını hazırlayaraq prezidentə təqdim etməlidir.

Qeyd edək ki, Ermənistan parlamentində çoxluq qazanmış “Vətəndaş müqaviləsi” fraksiyası baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın namizədliyini bu posta irəli sürüb.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib. Seçkilərdə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video