23 Avqust 2021 17:39
653
DÜNYA
A- A+

Nigeriyada 23 nəfər silahlı hücumun qurbanı olub

 

Nigeriyada Katsina və Kaduna ştatlarında 23 nəfər  yaraqlıların silahlı hücumlarının qurbanı olmuşdur.

Katsina Polis İdarəsinin rəisi  Qambo İsanın dediyinə, qatillər motosikllərdə  Basari rayonunun Duba kəndinə hücum ediblər. Hücum nəticəsində 14 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Kaduna ştatının daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Arvan isə öz növbəsində bildirib ki, Zanqon-Kataf rayonunda 9 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Onun sözlərinə görə, yaraqlıların girov götürdüyü 12 nəfər Nigeriya ordusunun hərbçiləri tərəfindən xilas edilib.

Bu regionlarda heyvandarlıqla məşğul olan fulani xalqı və  kənd təsərrüfatı ilə məşğul olan bir sıra tayfalar arasında qızğın münaqişələr baş verir. Keçən il Kaduna ştatında yaraqlıların əlindən 937 nəfər həlak olub, daha 1 972 nəfər oğurlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video