31 Mart 2016 12:03
994
Oxucu məktubları
A- A+

Nəzarətsiz elan və reklamlar şəhəri eybəcərləşdirir

 

Hörmətli redaksiya!

Sumqayıt sakiniyəm. Şəhərimizdə  son aylar xeyli iş görülüb: məhəllə və mikrorayonlarda abadlıq işləri daha geniş vüsət alıb, əhalinin sosial problemlərinə diqqət artırılıb.

Yaşadığımız 12-ci mikrorayon şəhərin ən gözəl yerlərindəndir desəm, səhv etmərəm. Amma binalara, giriş qapılarına, məktəblərin hasarlarına hər gün onlarca elan yapışdırılır. Heç üstündən bir neçə saat keçməmiş onları da uşaqlar cırıb atırlar. Bu, həm vizual görünüşü korlayır, həm də ətrafın zibillənməsi ilə nəticələnir.

Doğrudur, bu reklam və elanların içində əhali üçün zəruri xidmət təkliflərinə də rast gəlinir. Amma qəribə məzmunlu, şübhəli mətnli elanlar da az olmur: məsələn, “15-21 yaşlı qızlar işə dəvət olunur”, “ibtidai sinfə uşaq hazırlayıram” kimi sözlər adamda gülünc hisslər yaradır. Bəyəm, ibtidai sinif şagirdi məktəbdə hazırlanmır?

Biz istərdik,  heç olmasa, belə reklam həvəskarları yazdıqlarına fikir versinlər. Daha yaxşı olardı ki, müvafiq orqanlar bu özbaşınalığın qarşısını alsınlar, qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etsinlər.

           

Seymur ABBASOV,

Sumqayıt 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video